"Kəpəz"in legionerləri bilet alıb azarkeşlərə payladı
28.03.2023 - 23:54
“Kəpəz”in əcnəbi futbolçuları Georgi Kantariya, Mate Kvirkviya və Yeqor Xvalko azarkeşlərə jest edib.
Apasport.az xəbər verir ki, onlar öz hesablarına “Kəpəz” – “Səbail” matçına 54 bilet alaraq azarkeşlərə paylayıblar.
Gəncədəki “Novruz” yarmarkasında fəaliyyət göstərən “Fan Shop”dan bilet alan futbolçular şəhərin mərkəzində biletləri azarkeşlərə veriblər. Onların bu təşəbbüsü maraqla qarşılanıb.
Qeyd edək ki, aprelin 1-də Gəncədə keçiriləcək “Kəpəz” – “Səbail” matçına saat 15:30-da start veriləcək.
- İspaniya - İngiltərə finalının hakimi bəlli olub
- “Turan Tovuz” “Tottenhem”in yetirməsi ilə danışıq aparır – YALNIZ BİZDƏ
- Tovuzda Çempionlar Liqası matçına hazırlıq başa çatıb
- Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq
- "Sumqayıt" amerikalı ilə yollarını ayırıb
0
0