“Qarabağ”ın futbolçusu Kevin Medina “Alanyaspor”un transfer siyahısına düşüb.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu kolumbiyalı müdafiəçini yayda heyətinə qatmaq istəyir.
Super Liqa təmsilçisinin baş məşqçisi Ersun Yanal 30 yaşlı futbolçunu "Qarabağ" - "Qalatasaray" matçında (1:2) izləyib. Medinanın oyununu bəyənən mütəxəssis cənubi amerikalını transfer siyahısına daxil edib.
Superliqa klubu “Qalatasaray”la qarşılaşmada özünü yaxşı tərəfdən göstərən Medinanı yeni mövsüm üçün heyətinə qatmağı planlaşdırır. Bunun üçün “Alanyaspor” "Qarabağ"la danışıq aparacaq.
Qeyd edək ki, Kevin cari mövsüm Premyer Liqada 16 oyun keçirib.
- Felipe Santos: "Qəbələ" kuboku qazanan komandanın özəyini qoruyub saxlasaydı..." - Müsahibə
- Konfrans Liqası: “Aston Villa” “Olimpiakos”a, “Fiorentina” “Brügge”yə qarşı
- Daha bir referimiz "A" kateqoriyalı hakim statusu aldı
- “Şamaxı”dan gedəcək daha 4 futbolçu
- “Mançester Yunayted” 6 futbolçunu göndərdi