Krakov-2023 III Avropa Oyunlarında daha bir idman növündə mübarizəyə start verilib.
Apasport.az saytının məlumatına görə, ilk dəfə yarışların proqramına daxil edilən padeldə 1/16 final görüşləri başlayıb.
Krakov şəhərində təşkil edilib turnirdə Azərbaycan qadınlardan ibarət cütlərin mübarizəsində təmsil olunub. Samirə Əliyeva və Nərminə Bağırova ilk raundda italiyalı rəqibləri ilə görüşüb.
Yarışın reytinq üçüncüsü olan Çiara Pappaçena və Culiya Sussarello ilə qarşılaşan padelçilərimizin debütü uğursuz alınıb. Samirə və Nərminə hər iki setdə quru hesabla məğlub – 0:6, 0:6. Bununla da təmsilçilərimiz Avropa Oyunları ilə vidalaşıb.
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Ronaldoya qız nömrələri tapan masajçı sirləri açıqladı
- "Mançester Siti"nin keçmiş ulduzu Premyer Liqaya qayıda bilər
- Olmo Premyer Liqa klublarının hədəfində
- “Fənərbaxça” - “Beşiktaş” matçının baş hakimi müəyyənləşib