Kurban Berdiyev: “Daha da yaxşı oynaya bilərdik"
25.05.2025 - 19:57
Kurban Berdiyev: “Daha da yaxşı oynaya bilərdik"

Misli Premyer Liqasının XXXVI turunun "Turan Tovuz" - "Kəpəz" matçından (4:0) sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdiyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

"Oyundan məmnunam. Mövsümün son matçında azarkeşlərimizi sevindirə bildik. Daha da yaxşı oynaya bilərdik". 

- "Kəpəz"dən 2:5 hesablı məğlubiyyətin revanşını aldığınızı demək olar?
- Həmin oyunu komandanın yadına saldıq. Amma oyundan əvvəl belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdük.

- "Turan Tovuz"un avrokuboklara vəsiqə şansı kubokun finalından asılıdır. Həmin oyuna baxacaqsız?
- Bəli, Azərbaycanda olacam, oyuna baxacam.

- "Araz-Naxçıvan" və "Turan Tovuz"dan milliyə heç kim dəvət olunmayıb. Buna münasibətiniz necədir?
- Bu, millinin baş məşqçisinin qərarıdır.