Lautaro Martinesə Premyer Liqadan təklif
15.10.2022 - 18:45

“İnter”in hücumçusu Lautaro Martines karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı forvardın xidmətində “Mançester Yunayted” maraqlıdır.
Premyer Liqa təmsilçisi “neradzurra”dan mümkün transfer barədə məlumat istəyib. Martines özü hazırda bütün diqqətini milanlıların matçlarına cəmləyib və transfer təkliflərini nəzərdən keçirmir.
Qeyd edək ki, Lautaro Martines 2018-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm A seriyasında keçirdiyi 9 oyunda 3 qol vurub, 1 assist edib.
- “Beşiktaş” üçün Bentes, yoxsa Cerrard?
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək
- Modriç “Real”da xoşbəxt deyil - "Əl-Hilal"dan təklif var
- Yens Anderson: "Öz oyunçularımızı yetişdirmək istəyirik"
0
0