“Lill”in yetirməsi “Neftçi”nin hədəfində
08.08.2023 - 11:04
“Neftçi” heyətini gücləndirmək üçün transfer axtarışlarını davam etdirir.
Apasport.az saytına məlumatına görə, Bakı klubunun transfer siyahısında yer alan oyunçulardan birinin adı bəlli olub.
“Ağ-qaralar” İmad Farajın xidmətində maraqlıdır. Fransalı futbolçu hazırda Kiprin AEK klubunda çıxış edir.
24 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2025-ci il mayın 31-də başa çatacaq. “Neftçi” rəhbərliyi onun keçidi üçün danışıqlara yaxın günlərdə başlamağı planlaşdırır.
Qeyd edək ki, yarımmüdafiəçi yetirməsi olduğu “Lill”, həmçinin “Belenenseş” və “Muskron”da forma geyinib.
- Qurban Qurbanov: “Bacarıqlı futbolçuya görə heç kim zəng etmir”
- Sabiq “Yuventus”lu Premyer Liqada çıxış edə bilər
- Konfrans Liqasının ilk matçında "Zirə"dən darmadağın - VİDEO
- “Neftçi”nin yeni transferi: “Burada çempionluqlar qazanmaq istəyirəm”
- Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başladı - YENİLƏNİB
0
0