“Liverpul” “yeni Romario”nu istəyir
30.06.2022 - 00:38
“Liverpul” hücum xəttini gücləndirməkdə davam edir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu indi də “Santos”un hücumçusu Markos Leonardo ilə maraqlanır.
“Qırmızılar” 19 yaşlı forvardın transferi üçün hərəkətə gəlib. Futbolçunun müqaviləsindəki sərbəst qalma məbləği 60 milyon avrodur. Leonardo əfsanəvi braziliyalı Romario ilə müqayisə edilir. Təsadüfi deyil ki, onu “yeni Romario” kimi çağırırlar.
Qeyd edək ki, Markos Leonardo bu mövsüm “Santos”un heyətində keçirdiyi 31 oyunda 12 qol vurub.
- “Lill”in baş məşqçisi tarixə keçib
- Sekidika uğrunda yarış: "Neftçi"nin ardınca Kipr klubu da onu istəyir
- Bəxtiyar Həsənalızadə: “Təkliflərim var idi, xaricə getmək variantını gözləyirdim” - MÜSAHİBƏ
- Krakov-2023: Azərbaycan 22-ci pillədə - MEDAL SİYAHISI
- "Neftçi" 7700, "Sabah" isə 5000 manat ziyana düşüb
0
0