“Qarabağ”ın daha bir futbolçusu Ağdam klubunu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun oyunçusu Marko Yankoviç Avropa klublarının maraq dairəsindədir.
Yayda “Ural”a keçidi gündəmdə olsa da, sonda “Qarabağ”da qalmağa qərar verən monteneqrolu legioner digər Rusiya klubunun hədəfinə düşüb. Ağdam təmsilçisinin aparıcı üzvünə çevrilmiş Marko “Lokomotiv”in transfer siyahısında yer alıb.
Moskva klubu Yankoviçi heyətinə qatmaq üçün indidən “Qarabağ”la danışıq aparmaq istəyir. “Dəmiryolçular” keçidi qışda həll etməyi planlaşdırır.
Qeyd edək ki, Marko “Partizan”, “Teleoptik”, “Olimpiakos”, OFK, “Maribor”, SPAL, “Krotone”, “Beytar”, “Hapoel” (Təl-Əviv) klublarında da forma geyinib.
- "Lənkəran"ın baş məşqçisi: "Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq"
- Azərbaycanın stolüstü tennis cütlüyü dünya reytinə başçılıq edir - FOTO
- "Neftçi"dən ayrıldı, İsrailə getdi
- Rodri “Barselona”ya keçir - “Komanda yoldaşlarıma qoşulmaq üçün səbirsizlənirəm”
- Elmar Baxşıyev: “Yeni oyunçular adaptasiya dövrü keçir”