
Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatının III tur matçını da buraxa bilər.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Xorvatiya mətbuatı yayıb.
Bildirilib ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Şkupi” ilə bu gün səfərdə üz-üzə gələcək zaqreblilər 4 oyunçunu Şimali Makedoniyaya aparmayıb. Bunlar müdafiəçilər Boşko Şutalo, Yosip Şutalo, yarımmüdafiəçi Marko Bulat və Emrelidir.
Adıçəkilən oyunçulardan yalnız Boşkonun ölkə çempionatının növbəti turuna hazır olacağı dəqiqdir. Digər 3 futbolçunun “İstra 1961”lə qarşılaşmada da iştirakı sual altındadır.
Qeyd edək ki, “Dinamo” – “İstra 1961” görüşü iyulun 29-da keçiriləcək.
- Emre Belözoğlu "Ankaragücü" ilə vidalaşdı
- Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib
- “Neftçi”, “Zirə” və “Qəbələ”nin ilk oyunlarının hakimləri açıqlandı
- İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu seçildi
- Elmar Baxşıyev: “Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü”