Malili hücumçu "Kəpəz"də oynayacaq
13.07.2024 - 20:31

Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, hücumçu Lassana Ndiaye ilə müqavilə bağlanıb. Malili futbolçu ilə anlaşmanın müddəti "1+1" illikdir.
23 yaşlı forvard Rusiya, İsveç, Bolqarıstan və Serbiyada oynayıb. Onun legioner karyerası MOİK (Moskva) ilə başlayıb. Lassanın son klubu "Botev" (Vratsa, Bolqarıstan) olub.
Ndiaye Malinin 17 və 20 yaşlılardan ibarət yığmalarının formasını da geyinib.
- Avstriya evdə, Niderland səfərdə qələbə qazandı - YENİLƏNİB
- Bəxtiyar Musayev: “Mutu Regekampfla müqayisədə “Neftçi”də daha yaxşı işlər görəcək” - MÜSAHİBƏ
- Avrokuboklardan kənarda qalan ən dəyərli klublar
- Azərbaycan Yay Olimpiya Oyunlarınının medal siyahısında 15-cidir - Siyahı
- "Səbail" təlim-məşq toplanışı çərçivəsindəki görüşlərini yekunlaşdırıb
0
0