Martinez tarixə düşdü - 1 gecədə 2 rekord
17.04.2025 - 11:44
Martinez tarixə düşdü - 1 gecədə 2 rekord

"İnter"in hücumçusu Lautaro Martinez komandanın heyətində 150 ​​qol həddinə çatıb.

Apasport.az xəbər verir ki, argentinalı buna Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə qarşılaşmada qol vuraraq nail olub.

"Opta"nın məlumatına görə, Martinez "İnter" tarixində bu həddə çatan ilk əcnəbi oyunçu olub.

Kapitan qarşılaşmada daha bir uğura imza atıb. 

Belə ki, Lautaro Çempionlar Liqasında ardıcıl 5 oyunda qol vuran ilk "İnter"li olub.