Matça gəlməyən komandaya texniki məğlubiyyət verildi
20.12.2024 - 13:16

Azərbaycan 2-ci liqasında mübarizə aparan "Qusar" klubuna texniki məğlubiyyət verilib.
Apasport.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bugünkü iclasında bu haqda qərar açıqlanıb.
2-ci liqada 13-cü turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Klub həmçinin 300 manat cərimə edilib.
- Elmar Baxşıyev: "Bilirdik ki, bizi ağır oyun gözləyir"
- Zabit Səmədov yeni döyüş təşkilatı yaratdı - FOTO
- Türkiyə üçün Ronaldo, Dibala və Bonuççinin formasını 5 milyona satdı
- “Araz-Naxçıvan”ın futbolçusu: “Bu nəticəni qazanan komanda zəif ola bilməz” - MÜSAHİBƏ
- Boksçularımızdan beynəlxalq turnirdə 12 medal
0
0