"Biz qrup mərhələsində möcüzə yaratdıq".
Apasport.az xəbər verir ki, bunu “Latsio”nun baş məşqçisi Maurisio Sarri deyib.
İtaliyalı mütəxəssis komandasının Çempionlar Liqasındakı çıxışı haqda danışıb. 64 yaşlı mütəxəssis pley-off mərhələsinə yüksəlməyi "möcüzə" adlandırıb: “İndi son oyunda daha bir möcüzə yaratmağa çalışmalıyıq. Bu asan olmayacaq, amma cəhd etməliyik. “Latsio” Çempionlar Liqasında daha yaxşı çıxış edir? A Seriyasında üç qələbə qazansaq da, insanlar hər şeyi itirdiyimiz barədə iddiaları davam edirlər”.
Qeyd edək ki, artıq Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqəni təmin edən “Latsio” və “Atletiko” dekabrın 13-də birinci yer uğrunda görüşdə qarşılaşacaqlar.
- "Qarabağ" - "Linkoln" matçının biletləri satışda
- Serb qapıçı ona hücum edən azarkeşi zərərsizləşdirib - FOTOLENT
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Kikboksçularımız Latviyada 3 qızıl və 1 gümüş medal qazanıblar
- “Dalğa Arena”da qolsuz sülh - VİDEO