Əfsanəvi qanalı futbolçu Maykl Essyen “Sabah”ın akademiyasının qonağı olub.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu paytaxt təmsilçisinin U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçularıa sürpriz edib.
Görüş zamanı Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.
Daha sonra azyaşlı futbolçularımız arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Essyenin imzalı forması hədiyyə edilib.
Qeyd edək ki, Essyen 2019/2020 mövsümündə Bakının "Səbail" klubunun şərəfini qoruyub.
- Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib
- İngilis futbolçu Premyer Liqada klubunu dəyişə bilər
- Bax: “Bakı Dünya Taekvondosunun 50 illik yubileyini qeyd etmək üçün əlamətdar bir məkandır”
- "Göztepe"dən yeni transfer: Braziliyalı müdafiəçi
- "Fənərbaxça"nın futbolçusu Premyer Liqa yolunda