“Qarabağ”ın legioneri Kevin Medinanın uzun müddətlik sıradan çıxdığı barədə xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, kolumbiyalı müdafiəçi hazırda Bakıda olsa da, yaxın günlərdə ölkəmizi tərk edəcək.
Əldə etdiyimiz məlumata görə, Medina Almaniyada əməliyyat olunacaq. Onun yaxın günlərdə Almaniyaya uçaraq orada əməliyyat olunacağı və daha sonra bərpa prosesi keçəcəyi gözlənilir.
Bərpa prosessini ölkəsində, yoxsa Bakıda keçəcəyi isə hələ dəqiq deyil.
Xatırladaq ki, ötən mövsüm də uzun müddət sıradan çıxan Medina bərpa prosesini ölkəsinə yollanaraq, tanış şəxsi məşqçisinin rəhbərliyi altında keçmişdi.
- "Arsenal" və "Liverpul" misirli hücumçu uğrunda mübarizə aparacaqlar
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- 7 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
- “Sabah”dan çətin qələbə, autsayderlərdən qolsuz sülh