Böyük Britaniyalı tennisçi Endi Marrey Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra karyerasını bitirəcək.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançı Paris-2024-ün onun üçün sonuncu yarış olduğunu açıqlayıb.
37 yaşlı tennisçi olimpiadada iştirak edəcəyi üçün qürur duyduğunu deyib:
"Son tennis turnirim üçün Parisə gəldim. Olimpiada karyeramın ən yaddaqalan yarışıdır. Qürur duyuram ki, sonuncu dəfə olimpiadada iştirak edə biləcəyəm".
Qeyd edək ki, E.Marrey karyerası ərzində iki dəfə olimpiadanın və "Uimbldon" turnirinin, bir dəfə isə ABŞ açıq çempionatının qalibi olub.
- Təmsilçimiz texniki komitənin iclasında iştirak edib
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Lukaku “İnter”dən ayrıldı
- “Kəpəz”in kapitanı: “Adil Şükürovun gəlişi ilə daha yaxşı oynamağa başlamışıq” - Müsahibə
- Millilərimiz FİBA reytinqində mövqelərini yaxşılaşdırıb - FOTO