Lionel Messi “Barselona”da pulsuz oynamağa belə hazırdır.
Apasport.az saytı xəbər verir ki, bunu argentinalı superulduzun atası və agenti Xorxe Messi açıqlayıb.
Oğlunun yenidən keçmiş komandasına qayıtmağı arzuladığını bildirən ata 35 yaşlı futbolçunun hətta “Barselona”da pulsuz oynamağa belə razı olduğu deyib.
Fransanın PSJ komandası ilə müqaviləsi bitdikdən sonra bir çox komandanın diqqət mərkəzində olan Argentina millisinin kapitanının yeni mövsümdə hansı komandanın formasını geyinəcəyi hazırda əsas müzakirə mövzularından biridir.
Qeyd edək ki, Lionel 16 il (2005-2021-ci illər) komandanın əsas heyətində çıxış edib.
- Vasili Berezutski: "Bəzən onun davranışlarını heç kim başa düşmür"
- De Byazi rekordlara çatdı – milli ilə yeni tarixə doğru
- Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb
- Premyer Liqa klubunda sərt cəzalar