Səudiyyə Ərəbistanı komandalarından olan “Əl-Şəbab” 2 futbolçunun transferi ilə maraqlanır.
Apasport.az xəbər verir ki, “Sevilya”nın futbolçusu Suso və "Nyukasl"ın yarımmüdafiəçisi Migel Almiron “Əl-Şəbab”a keçə bilər. Migel Almironun transferi ilə bağlı klublar arasında razılıq əldə olunub.
Suso İspaniya klubunun aparıcı üzvlərindən biri olsa da, klub maliyyə çətinlikləri olduğu üçün onu satmağın əleyhinə deyil. Ərəblər bu transfer üçün 11 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, Suso mövsümün 22 matçında 1 qol və 4 assistlə, 29 yaşlı Migel isə 31 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Faiq Qarayev: "Xaricdə oynayan gənc idmançılarımızı milliyə qaytarmalıyıq"
- Qurban Qurbanov: "Qarşıdakı rəqibə həmişə dəyər vermək lazımdır"
- Ramiz Məmmədov: “100 futbolçu üzə çıxara bilmiriksə, futbolu ləğv etməliyik” – OFSAYD
- 9 güləşçimiz dünya reytinqində ilk “3-lük”də
- "Qarabağ" "MecHack-9030"la əməkdaşlığa başlayıb