
Vaxtı ilə Azərbaycanda legioner həyatı yaşamış, Bilbaoda dünyaya gələn, hazırda isə futbolçu agenti kimi çalışan Mikel Alvaro Apasport.az saytına müsahibə verib.
- Dünən keçirilmiş "Atletik" - "Qarabağ" matçını yəqin ki, izləyirdin?
- Bəli, stadionda idim. Oyunu izləyirdim. Maraqlı görüş oldu. "Atletik"ə azarkeşlik edirdim, amma dünənki matçda (gülür). Yoxsa, "Qarabağ"a da rəğbətim var.
- Səncə, “Qarabağ”ın məğlubiyyətinə səbəb nə oldu?
- Fikrimcə, “Qarabağ” ümumilikdə yaxşı oyun keçirdi. Onlar çox erkən hesabı açdılar və sonra adi oyunlarını oynamağa davam etdilər. Özü də, “San Mames” kimi stadionda bunu edirdilər. “Atletik” qədər yüksək təzyiq göstərən və qalib gəlmək ehtiyacı olan komandaya qarşı bunu etmək asan deyildi. Təhlükəli zonalarda həddindən artıq risk edirdilər. Bu da “Atletik”in oyununun böyüməsinə imkan verdi.
- “Atletik”in qələbəsində önəmli rolu nə oynadı?
- “Atletik”in ilk qolu həlledici idi. O da müdafiənin arxasından gələn ötürmədən sonra vuruldu. Özü də, həmin vaxtda heç bir təzyiq yox idi. Müdafiə xətti zəif yerləşmişdi. “Atletik”in ilk qolu matçın gedişatını dəyişdi. Məhz o qol "Atletik"ə inam verdi və ev sahibinin daha iki qol vurmasına səbəb oldu.
- “Qarabağ” kənardan necə görünürdü?
- Düşünürəm ki, bu, qürur duyulası, həm də öyrənməli olduğu bir matçdır, səhvləri düzəltmək və dünyanın ən tələbkar yarışı olan Çempionlar Liqasında komanda olaraq böyüməyə davam etməkdir.
- Səncə, “Qarabağ” yenə də xal qazana biləcək?
- Bəli, məncə, “Qarabağ” növbəti matçlarda da xallar üçün oynaya bilər. Çünki onların buna gücü çatar. “Qarabağ”ın uğurlu sistemi, oyun tərzi var. Onlar klub olaraq bu yerlərə gəlib çıxıblar. Fikrimcə, “Qarabağ” ÇL-də yenə də uğurlar qazanacaq.