“Milan”ın üç hədəfi
09.06.2023 - 09:25

“Milan”ın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçular bəlli olub.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu üç oyunçunun xidmətində maraqlıdır.
A seriyası təmsilçisi “Lester”dən ayrıldıqdan sonra azad agent statusu alan Yuri Tilemansı heyətinə qatmağı planlaşdırır. Yarımmüdafiəçi “Milan”ın yeganə istəyi deyil.
“Rossonyeri” Mönhenqladbax “Borussiya”sının hücumçusu Markus Türamın da xidmətində maraqlıdır. “Ayntraxt”ın müdafiəçisi Evan Ndika da milanlıların transfer siyahısındadır.
Qeyd edək ki, Ndika “Roma”nın, Türam PSJ-nin də maraq dairəsindədir.
- Kvirkveliya: “Bu, həm biz, həm də “Qarabağ” üçün vacibdir” - MÜSAHİBƏ
- Vaqif Cavadov: "Futbolçular bunu dərk etməlidir"
- "Everton" "Çelsi"nin futbolçusunu istəyir
- "Narahatlıq yaradan məsələ qrup oyunlarının İsveçdə olmasıdır" - Vitali Borisov
- Qusar derbisində “lotereya”: “Qaradağ Lökbatan”ın rəqibi dəqiqləşdi
0
0