Azərbaycanın Elit/U23 və gənclərdən ibarət yığma komandaları Gədəbəydə təlim-məşq toplanışına start veriblər.
Apasport.az xəbər verir ki, baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Qasımovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı 12 gün davam edəcək.
Hazırlıq prosesi çərçivəsində velosipedçilərin fiziki və funksional hazırlığının artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq əsas məqsədlər sırasındadır.
Elit/U23 yığma komandalarımız avqustun 27-30-da Türkiyənin Samsun şəhərində keçiriləcək “Tour of Samsun” (2.2) və sentyabrın 3-6-da baş tutacaq “Tour of Istanbul” (2.1) yarışlarında iştirak edəcək.
Bununla yanaşı, Gədəbəydəki hazırlıq prosesi oktyabr ayında Sloveniyanın Lyublyana şəhərində keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq baxımından da mühüm əhəmiyyət daşıyır.
- “Sabah” "Baxçaşəhər"ə məğlub oldu - YENİLƏNİB
- Arif Əsədov: "Hər futbolçu üçün millinin qapısı açıqdır"
- Rəşad Sadıqov: "Yaşlandıqca mətbuatdan uzaq qalmağa çalışıram"
- AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünü ingilislər idarə edəcəklər
- Ardaya “Mançester Siti”dən 100 milyon avroluq nəhəng təklif