23 yaşadək minifutbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Xorvatiyadakı mundialın qrup mərhələsinin son matçında Çexiya ilə qarşılaşıb.
Millimiz 2:0 hesabı ilə rəqibinə məğlub olub. Çexiya ardıcıl 3-cü qələbə ilə qrup birincisi kimi yarımfinala adlayıb.
Qrup mərhələsini 3 xalla tamamlayan yığmamız 3-cü yeri tutub. 1/4 finala yüksələn Rəcəb Fərəczadənin yetirmələri yarımfinala vəsiqə uğrunda matçda İngiltərə ilə görüşəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Minifutbol üzrə U-23-lər arası dünya çempionatı
Qrup mərhələsi, B qrupu
III tur, 9 oktyabr
14:00. Çexiya - Azərbaycan - 2:0
- PSJ eyni anda iki hollandı hədəfə alıb
- İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
- “Qarabağ”ın komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib
- UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi start götürüb
- Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib