Millimiz 2 yoldaşlıq görüşü keçirəcək
26.08.2024 - 16:14
Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq.
Hər iki oyun Zlin şəhərində keçiriləcək.
Qeyd edək ki, millimiz Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.
- "Lənkəran"ın legioneri: "Birlikdə oynadıqca komandamız daha güclü və yaxşı olur"
- Portuqaliya – Çexiya oyununa Yeqor Titovun PROQNOZU
- “Roma” futbolçuları “Latsio” ilə qarşılaşmada xüsusi forma geyinəcəklər
- Sabiq "Fənər"li Yunanıstan klubuna keçib: Pelkas vətənində
- “Sabah”ın qapıçısı oynadı, komandası uduzdu
0
0