Millimiz Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxacaq
12.03.2025 - 09:32

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, B Liqasının II qrupunda yer alan komanda Lüksemburqla üz-üzə gələcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı albaniyalı baş hakim Eqlantina Pyetruşaj idarə edəcək. Matç saat 16:00-da başlayacaq.
Qrupun digər oyununda, saat 11:00-da isə Bolqarıstan və Malta milliləri üz-üzə gələcək.
Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək.
- Qurban Qurbanov: “Dedi ki, xahiş edirəm, bircə dəfə çempion olun”
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə
- Finalçılar bukmeker kontorlarını yanıldacaq
- Çempionlar Liqası: Dövrənin son oyunları
- Qurban Qurbanov: “İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin”
0
0