Millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək
15.11.2025 - 11:25
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci matçını keçirəcək.
Apasport.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Şimali İrlandiya ilə qarşılaşacaq.
Görüş Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oyunu qazaxıstanlı referi Sayat Karabayev idarə edəcək.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu - 1:6.
- Vüqar Nadirov: “Qarabağ”ın hazırkı heyəti Çempionlar Liqası üçün yetərli deyil” - Müsahibə
- “Roma” türkiyəli müdafiəçi ilə bağlı qərarını verib
- Rəşad Sadıqov Cəfərquliyev haqda: "Qurban müəllim belə qərar veribsə..."
- 5 çəkidə Azərbaycanın ən güclü ağırlıqqaldıranları bəlli olub
- Beş güləşçimizdən mundiala start
0
0