Millimiz Belçikaya qalib gəlib
11.09.2025 - 17:53
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb.
İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.
- Elvin Məmmədov: "Ən azından baxardı ki, milli komandamıza kömək olacaq, ya yox"
- Filip Ozobiç: “Hər kəsə Bakıya gəlməyi tövsiyə edirəm” - MÜSAHİBƏ
- Millimizin oyunçusu: “Bu dəfə səhv etməməliyik” - Müsahibə
- “Neftçi”dən ilk, “Qarabağ”dan xal itkisi - YENİLƏNİB
- AFFA danışılmış oyunlarla bağlı seminar keçirib
0
0