Millimiz Çexiyada beynəlxalq toplanışı başa vurub
11.04.2024 - 16:33
Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo millisi Çexiyada beynəlxalq təlim-məşq toplanışını başa vurub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, hazırlıq prosesində 12 idmançı iştirak edib.
Teplitse şəhərində təşkil olunan təlim-məşq toplanışı mayın 4-5-də Göygöldə keçiriləcək Avropa Kubokuna, həmçinin iyun və avqust aylarında baş tutacaq Avropa və dünya çempionatlarına hazılıq məqsədi daşıyıb.
- "İmişli"nin müdafiəçisinin durumu bəlli olub
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- “Milan” “Parma” səddini son dəqiqədə keçdi
- Miodraq Bojoviç: "Bəziləri asan qələbə qazandığımızı deyə bilər"
- “Rakuv”un kapitanı: “Qarabağ”a qarşı oyunumuzu göstərməyə hazırıq”
0
0