Millimiz dünya çempionatında İspaniya yığması ilə qarşılaşacaq
07.10.2024 - 10:33

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçını keçirəcək.
Apasport.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun III turunda İspaniya yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi buna qədər keçiridiyi iki görüşdə İngiltərəni 4:0, Gürcüstanı isə 7:2 hesabı ilə məğlub edib.
- "Barselona" Braziliya millisinin üzvi ilə maraqlanır
- Azərbaycan Boks Federasiyası və AHİTA arasında əməkdaşlığa dair görüş keçirilib
- NTD-nin basketbolçusu: “Abşeron”a qarşı oyunlar əsl döyüşə çevriləcək"
- Mahir komandasının kollektiv məşqinə qatılmayıb
- “Qarabağ” - “Nant” matçının biletləri satışa çıxarılır
0
0