Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, 6-cı qrupda mübarizə aparan millimiz Rumıniyada təşkil olunan görüşdə Macarıstan ilə qarşılaşacaq.
Oyun "Tunari" stadionunda keçiriləcək və onu moldovalı baş hakim Ion Orlic idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
6-cı qrupun digər oyununda isə ev sahibi Rumıniya yığması Yunanıstan komandası ilə üz-üzə gələcək.
13 noyabr
14:00. Macarıstan (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Ion Orlic (Moldova)
Tunari stadionu, Rumıniya
- Karlseni məğlub etmiş 13 yaşlı türk qrosmeyster ünvanı alıb
- "Formula 1" pilotları və komandaları Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar
- Bəhlul Mustafazadə: "Matçın ciddiyətinin fərqindəyik"
- 11 illik həsrətə son – “Milan”dan 19-cu çempionluq!
- İdmançılarımızın medallarının korlanması ilə bağlı BOK-a müraciət olunacaq