Millimiz Qazaxıstanı məğlub edib
06.06.2025 - 20:41

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünü keçirib.
Apasport.az xəbər verir ki, U-17 komandamız Qazaxıstanın müvafiq yaş qrupu ilə qarşılaşıb.
Oyun futbolçularımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.
Qeyd edək ki, millimizin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.
- Konfrans Liqası: “Fənərbaxça”nın rəqibi bəlli oldu - YENİLƏNİB
- “Qarabağ”ın səfər oyununun vaxtı DƏQİQLƏŞDİ
- Çempionun medalı əlindən alınır? - TİBBİ NƏTİCƏLƏR AÇIQLANDI
- Messi oynamaq istədiyi klubun adını açıqladı
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”
0
0