Millimiz seçmə mərhələyə qələbə ilə başladı
23.03.2023 - 01:29
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, Bosniya və Herseqovinada keçirilən oyunda millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.
2:0 hesabı ilə millimizin xeyrinə başa çatan oyunda qolları Ayşən Salamzadə və Aydan Həsənova vurub.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 25-də meydan sahibi Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.
- Nadal karyerasını başa vurub
- "Sumqayıt"ın əvəzedicilərindən daha bir biabırçılıq - Yenə texniki məğlubiyyət verildi
- "Gəncə"nin baş məşqçisi: "Kubokda yolumuza davam etməyə layiqik"
- Super Liqa təmsilçisində yeni təyinat: Mourinyonun köməkçisi “Bodrumspor”da
- Avstriya – Danimarka: Yeqor Titovun PROQNOZU
0
0