Millimiz Sloveniyaya uduzub
25.11.2025 - 17:29
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
"Kukus" stadionunda keçirilən görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 qrupda növbəti oyununu noyabrın 28-də Şimali Makedoniya yığmasına qarşı keçirəcək.
- “Sabah” azarkeşlərinə şad xəbər – ÇL oyunları üçün VIP biletlər satışda
- "Qarabağ"ın prezidenti Avropa Liqasının püşkatma mərasimində
- İbrahim Həsənov dünya çempionluğu uğrunda xalçaya çıxacaq
- Cüdoçularımızın Qvadalaxara Qran-Prisindəki rəqibləri bəlli olub
- Günay Məmmədzadə: "Qevorqyan üzərində qələbə medal qazanmağımda rol oynadı"
0
0