Millimiz üçüncü yer uğrunda oyuna çıxacaq
20.02.2025 - 00:34
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.
Apasport.az xəbər verir ki, yer aldığı B qrupunu 6 xalla ikinci pillədə tamamlayan millimiz A qrupunda eyni xalla ikinci yeri tutan Özbəkistan yığması ilə qarşılaşacaq.
Görüş fevralın 21-də, Bakı vaxtı ilə saat 15:40-da keçiriləcək.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.
- UEFA Avropa Liqası: "Zirə" - "Şerif" matçının hakimləri müəyyənləşib
- Yüksək Liqa: “Azərreyl”dən inamlı qələbə
- Gənc qızlardan ibarət cüdo millimiz Yaponiyaya yollanıb - FOTO
- "Mançester Siti"dən portuqaliyalıları dəyişmək TƏKLİFİ
- PSJ-nin rusiyalı qapıçısı ardıcıl dörd penalti dəf edərək, mütləq rekorda imza atıb - VİDEO
0
0