Azərbaycan millisi sabah Şimali Makedoniya ilə qarşılaşacaq.
Apasport.az saytının məlumatına görə, bu, yığmamızın noyabrın 20-də keçirəcəyi üçüncü matçdır.
Əvvəlki iki qarşılaşma uğursuz alınıb. Canni de Byazinin yetirmələri bu mənfi tendensiyaya son qoymağa çalışacaq.
Komandamız bu tarixdəki hər iki görüşdə uduzub. Yığmamız Uels və Kosovo ilə matçlarda qol da vura bilməyib.
Qeyd edək ki, noyabrın 16-da Moldovaya 2:1 hesabı ilə qalib gələn millimiz həmin uğursuz tarixin tilsimini qırmağa müvəffəq olub.
AVRO-2004-ün seçmə mərhələsi
20 noyabr 2002. Bakı. Azərbaycan – Uels – 0:2
Millətlər Liqası-2019
20 noyabr 2018. Priştina. Kosovo – Azərbaycan – 4:0
- Aysun Əliyeva: "Komanda olaraq birliyimiz hər oyunda özünü göstərir" - Müsahibə
- “Bu turu İstanbulda azarkeşlərimizin önündə keçə bilərik" - İsmail Kartal
- Kamran Quliyev: “Bir oyuna görə heç kimi mühakimə etmək olmaz”
- “Qəbələ” İsraildən yarımmüdafiəçi gətirdi
- Milli komandalarımıza xarici məşqçilər dəvət ediləcək