Emin Mahmudov Azərbaycan millisində yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi seçmə mərhələlərdə ən çox qol vuran futbolçu adına sahib çıxıb.
Emin AVRO-2024-ün seçmə mərhələsinin İsveçlə görüşündə dubla imza atıb. 3:0 hesablı qələbədən sonra onun bu tsikldəki qol sayı 3-ə çatıb. O, martın 24-də Avstriya ilə səfər görüşündə (1:4) də fərqlənib.
Mahmudov DÇ-2022-nin seçmə mərhələsində daha çox – 4 qol vurub. İki tsikldə 7 dəfə fərqlənən kapitan Ramil Şeydayevlə Dmitri Nazarovun şərikli rekordunu geridə qoyub.
Seçmə mərhələlərin bombardirləri
1. Emin Mahmudov - 7
2-3. Ramil Şeydayev - 6
Dmitri Nazarov 6
4-5. Qurban Qurbanov - 5
Vaqif Cavadov - 5
- "Fənərbaxça" Cekonu ingilis futbolçu ilə əvəzləyəcək - İddia
- "Neftçi SOCAR" 1/4 finala vəsiqə qazanıb
- Rəhman Hacıyev: "Çoxları fikirləşir ki, çempionat bitib"
- Dünya çempionlarını məğlub edən yeganə komandanın baş məşqçisi istefa verdi
- Azərbaycan Prezidenti: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”