Millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb
06.01.2025 - 12:33
Fiqurlu konkisürmə üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, yığmamız Estoniyanın paytaxtı Tallinndə keçiriləcək yarışda iki növdə təmsil olunacaq.
Kişilərin fərdi mübarizəsində Vladimir Litvintsev çıxış edəcək. Buz üzərində rəqslərdə isə Samanta Ritter və Denis Brıkalov mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatı yanvarın 28-dən fevralın 2-dək keçiriləcək.
- Stolüstü tennisçilərimiz Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər
- Slovakiya millisinin məşqçisi: "Bakıda bizi çətin oyun gözləyir"
- Benzemaya ərəblərdən 200 milyonluq təklif
- "Mançester Yunayted"in 9 oyunluq qələbə seriyası Londonda qırıldı
- Rüfət Abbasov: "Turan Tovuz"la bizi çətin görüş gözləyir"
0
0