Millimizin Avropa çempionatındakı oyunlarının vaxtı bilindi
28.05.2024 - 13:10
Minifutbol üzrə Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri ilk görüşünü iyunun 2-də keçiriləcək.
Həmin gün Belçika ilə görüş saat 13:00-da başlayacaq. Yığmamız ertəsi gün saat 19:00-da İtaliya ilə üz-üzə gələcək.
Qrupdakı son qarşılaşma isə Fransaya qarşı olacaq. İyunun 4-də reallaşacaq matç saat 19:00-da start götürəcək.
- Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb - VİDEO
- Rəşad Sadıqov "Qarabağ"ın qələbəsi barədə bunları yazdı - FOTO
- Azərbaycan Prezidenti “Qarabağ” Futbol Klubuna 5 milyon manat ayırıb - SƏRƏNCAM
- Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib - FOTO
- "Çelsi" – PSJ matçı bu kanalda
0
0