İyunun 25-dən iyulun 2-dək Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının yeri, başlanma vaxtı və hakimləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
İyunun 28-də Jodinodakı “Torpedo” stadionunda keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. İyulun 1-dəki qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.
Hər iki matçı rusiyalı Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina köməklik göstərəcəklər. Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək.
- Saşa Yunisoğlu: "Yalnız “Qəbələ”nin elitaya yüksəlmək üçün lazımi şəraiti var"
- Şamaxıda heyətlər bəlli oldu
- Matç təxirə salındı, prezident üçün təcili tibbi yardım maşını gəldi
- “Zirə” - “DAK 1904” oyunundan əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı açıqlandı
- Elmar Baxşıyev: "İşimizi daha çox stressdən uzaq etməyə çalışırıq"