Millimizin Danimarka ilə oyunlarının başlama saatı bəlli olub
13.01.2026 - 11:55
Futzal üzrə Azərbaycan millisinin yanvarın 22-si və 24-də Danimarka yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı dəqiqləşib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Qarşılaşmalardan birincisi yanvarın 22-də, saat 19:00-da start götürəcək. Yanvarın 24-nə təyin olunan ikinci görüşün start fiti isə 16:00-da səsləndiriləcək.
Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.
- Musalı “Yurqorden” bir xalla kifayətləndi
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
- Çempion taekvondoçumuz: "Avropa çempionatından qızıl medalla dönəcəyimə inanıram"
- “Torino” türkiyəli futbolçu ilə bağlı qərarını verdi - RƏSMİ
- “Zirə” 6 futbolçusu ilə vidalaşdı
0
0