Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə bu gün konsert proqramı təşkil ediləcək.
Apasport.az xəbər verir ki, “Champions Fest” (Çempionlar şənliyi) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayacaq.
Tanınmış müğənnilərin iştirak edəcəyi konsert proqramına giriş pulsuzdur.
Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstanı məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında gerçəkləşmiş görüş yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
- Qonçarenko “Neftçi” ilə müqavilə bağlamaq üçün Bakıya gəlir
- Qurban Qurbanov: "Sonuncu çempionluq daha şirin olur" - MÜSAHİBƏ
- Əzəli rəqiblərin duelinə qollu heç-heçə PROQNOZU
- Türkiyəli məşqçidən gözlənilməz qərar: "Santyaqo Bernabeu"da məşq etməyəcəklər
- “Araz-Naxçıvan”ın daha bir futbolçusu məşqlərə başlayıb