Millimizin iki oyunu "Dalğa Arena"da
15.08.2023 - 10:12
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki oyununun yeri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki oyunun stadionu bəlli olub. Millimiz oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq komandasına qarşılaşacaq. Hər iki görüş "Dalğa Arena"da keçiriləcək.
Qeyd edək ki, oyunların başlama vaxtı dəqiqləşməyib.
- Qılıncoynadanlarımızdan İslam Oyunlarında iki bürünc medal
- Premyer Liqanı tərk edən son klub da bəlli oldu
- "Nyukasl"da 3 itki: "QARABAĞ"A QARŞI OYNAMAYACAQLAR
- Azərbaycan futbolunda yeni inkişaf strategiyasının yazılması məqsədilə görüşlər keçirilib
- "Milan"ın baş məşqçisi vəzifəsinə namizədlər siyahısında yeni ad
0
0