21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.
Apasport.az xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib. “Sabah”ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.
Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
U-21-ə dəvət olunan futbolçularla tanış ola bilərsiniz:
|
ADI / SOYADI |
KLUBU |
|
|
1 |
Rəvan Mirzəmmədov |
Sabah |
|
2 |
Xəyal Fərzullayev |
Sumqayıt |
|
3 |
Həbib Hüşənov |
Qəbələ |
|
4 |
Səlim Həşimov |
Zirə |
|
5 |
Elgün Dünyamalıyev |
Sabah |
|
6 |
Raul Məmmədov |
Mingəçevir |
|
7 |
Nadir Orucov |
Sumqayıt |
|
8 |
Amin Rzayev |
Qarabağ |
|
9 |
İbrahim Ramazanov |
Qəbələ |
|
10 |
Ayxan Süleymanlı |
Sumqayıt |
|
11 |
Emin Rüstəmov |
Səbail |
|
12 |
Sənan Muradlı |
Sumqayıt |
|
13 |
Nuğay Rəşidov |
Qəbələ |
|
14 |
Rüfət Abbasov |
Şamaxı |
|
15 |
Hikmət Cəbrayılzadə |
Qarabağ |
|
16 |
İbrahim Hacı |
Qarabağ |
|
17 |
Dinamin Bağırov |
Turan Tovuz |
|
18 |
Elcan Əbilov |
Neftçi |
|
19 |
Şahin İbrahimov |
Sabah |
|
20 |
Murad Məmmədov |
Neftçi |
|
21 |
Nihad Əhmədzadə |
Sumqayıt |
|
22 |
Həsən Nəzərli |
Ankaragücü (Türkiyə) |
|
23 |
Edqar Adilxanov |
Şamaxı |
|
24 |
Emil Süleymanov |
Qəbələ |
|
25 |
Oruc Məmmədov |
Səbail |
|
26 |
Elcat Məmmədov |
Baltika (Rusiya) |
|
27 |
Sadiq Baqiyev |
SKA Xabarovsk (Rusiya) |
|
28 |
Sadiq Şəfiyev |
Kəpəz |
|
29 |
Nihat Mehrəliyev |
Qarabağ |
|
30 |
Ağadadaş Salyanski |
Neftçi |