Millimizin kapitanı Səudiyyə Ərəbistanında
27.01.2024 - 22:58
Qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə klub karyerasında dəyişiklik edib.
Apasport.az saytına verilən məlumata görə, yığma komandamızın yarımmüdafiəçisi Səudiyyə Ərəbistanında oynayacaq.
O, bu ölkənin “İstern Fleyms” klubuna keçib.
Dammam şəhərini təmsil edən komanda hazırda Səudiyyə Ərəbistanı liqasında 8 komanda arasında 7-ci pillədə qərarlaşıb.
- Riad Rəfiyev jurnalistlərə qarşı - Məhkəmə qərar qəbul etdi
- AAAF-ın mətbuat katibi: “Hadisə baş verən an internetdə kəsilmə oldu”
- Toral Bayramov: “Sevinirəm ki, bu tarixin bir parçasıyam”
- AFFA və hakimləri təhqir edən klub prezidentini 10 oyuna buraxılmayacaq
- "Qarabağ" 3 xalı 7 qolla qazandı - YENİLƏNİB
0
0