Azərbaycan milli komandasının sabiq futbolçusu Elvin Yunuszadə klub axtarışını davam etdirir.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçinin bu mövsümü harada keçirəcəyi hələ də dəqiqləşməyib.
Elvin uzun müddətdir ki, “Araz-Naxçıvan”ın düşərgəsində məşq edir. O, Premyer Liqa klubunun məşqçilər korpusunun etimadını qazanmağa çalışır.
Yunuszadənin Naxçıvan təmsilçisində qalıb-qalmayacağı dəqiqləşməyib. “Neftçi” və “Qarabağ” kimi komandalarda da oynamış Yunuszadə özü “Araz-Naxçıvan”da forma geyinmək arzusundadır.
Qeyd edək ki, müdafiəçi sonuncu rəsmi matçını ötən ilin oktyabrında “Kəpəz”in heyətində keçirib.
- Avropa Liqası: “Fənərbaxça” və digərləri...
- “Fənər”in cəzası müəyyənləşdi - 3 matç iştirak edə bilməyəcəklər
- İsveç – Azərbaycan matçının biletlərinin qiymətləri açıqlanıb
- "Araz-Naxçıvan"ın hücumçusu: "Azərbaycan kubokunu qazanmaq istəyirik" - Müsahibə
- “Fənər”in istənməyən müdafiəçisi “Rizəspor”da - rəsmi