Millimizin üzvləri matçı buraxdı, komandaları məğlub oldu
03.02.2025 - 02:15
Futbol üzrə Türkiyə 1-ci Liqasında XXII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Ümraniyespor"un qonağı olub.
Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı hücumçunun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, 22 turdan sonra 30 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
- "Mançester Yunayted" "Atalanta"nın futbolçusu uğrunda mübarizəyə qoşulub
- Azərbaycanlı hakim Çempionlar Liqası matçına təyinat alıb
- “Qarabağ”ın səfər oyunu MÜTƏXƏSSİS GÖZÜNDƏ
- Krunoslav Renduliç: “Bütün bunlara görə məşqçi məsuliyyət daşıyır“
- Çilavert Paraqvay prezidentliyinə namizədliyini irəli sürdü
0
0