Millimizin üzvü I Liqa klubunda
10.09.2025 - 14:31
Millimizin üzvü I Liqa klubunda

I Liqada mübarizə aparacaq “Şimal” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, xaçmaz təmsilçisi  “Qaradağ Lökbatan”dan Fərid Nadirovu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Bakı”nın yetirməsi olan Nadirov karyerası ərzində “Bakı”, “Qəbələ”, MOİK, “Keşlə” (indiki “Şamaxı”), “İmişli”, “Araz Saatlı” və “Qaradağ Lökbatan” komandalarında çıxış edib. Millimizin U-15, U-16, U-17 və U-19 komandalarının kapitanı olaraq şərəfini qoruyub.