Millimizin üzvü oynadı, komandası məğlub oldu
19.01.2025 - 01:29
Azəbaycan millisinin üzvü Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" "Erzurumspor"un qonağı olub.
20-ci tur çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesabı ilə yekunlaşıb. Start heyətində yer alan Diniyev 78-ci dəqiqədə əvəzlənib. Bandırma təmsilçisi hər iki qolu Coşqun meydanı tərk etdikdən sonra buraxıb.
Qeyd edək ki, "Bandırmaspor"un qələbəsiz oyunlar seriyası 5-ə yüksəlib. Bu görüşlərdə iki dəfə uduzan komanda 34 xalla 3-cü pillədə qərarlaşıb.
- KİV nümayəndələri arasında velosiped yarışı keçirilib
- “Əl-Nəsr” “Barselona”nın kapitanını istəyir - 13 milyon avro maaş
- Qarnaçodan "Yunayted"liləri qıcıqlandıran açıqlama: "Doğru an və doğru klub..."
- “Aris”in baş məşqçisi: “Bəhanə axtarsam, hörmətsizlik olar”
- Luis Enrike Mbappenin yerinə hücumçu seçib
0
0