“Molenbek”dən “Araz-Naxçıvan”a
24.07.2023 - 15:20
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Naxçıvan klubu bosniya və herseqovinalı Numan Kurdiçi heyətinə qatıb. Bu gün Bakıya gələn mərkəz müdafiəçisi tibbi müayinədən keçdikdən sonra 1 illik müqavilə imzalayıb. 24 yaşlı futbolçu karyerası ərzində “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib.
Qeyd edək ki, Kurdiç ötən mövsüm Belçikanın “Molenbek” komandasında forma geyinib.
- İngiltərədə menecerlərə ən çox pul verən klublar bəlli oldu
- "Barselona" baş məşqçi postuna namizədləri müəyyənləşdirdi
- Azərbaycan bayrağını yandıran şəxs azadlığa buraxıldı
- Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
- “Qarabağ” doğma Ağdama qayıdır: “İmarət” stadionuna 60 milyonluq investisiya
0
0