Murad Musayev qovuldu
19.02.2023 - 17:12
Azərbaycan Premyer Liqasının XXIII turunun "Turan Tovuz"la oyununda "Sabah"ın baş məşqçisi Murad Musayev qırmızı vərəqə alaraq texniki zonadan qovulub.
Apasport.az-ın xəbərinə görə, rusiyalı məşqçi "Sabah"ın qapısına təyin olunan penaltidən sonra əsəblərinə hakim ola bilməyərək baş hakim Kamal Umudlunu sərt şəkildə tənqid edib.
O, meydanın içərisinə daxil olaraq referini söyüşlə təhqir etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan qovulub.
Qeyd edək ki, "Turan Tovuz" gözlənilmədən səfərdə – Masazırda "Sabah"a 1:0 qalib gəlir.
- Sabiq “Neftçi”lidən Azərbaycanda məhkəməyə verilməsinə münasibət: "Kimisə öldürmüşəm?"
- Premyer Liqa klubu PSJ-dən müdafiəçi alır
- “Zirə” əvvəlcə Bakıda, sonra Türkiyədə hazırlaşacaq
- Yan Vertonqen Belçika millisindəki karyerasını başa vurub
- Azərbaycan Taekvondo Federasiyası hakimlər üçün seminar keçirib
0
0