Musa Qurbanlı İsveç çempionatında qol hesabını açıb.
Apasport.az-ın məlumatına görə, yığmamızın üzvü “Deqerfors”la oyunda iki dəfə fərqlənib.
İsveç çempionatının 21-ci turunda “Yurqorden” öz meydanında 4:1 hesablı qələbə qazanıb. Oyunda Musa Qurbanlı bütün diqqətləri üzərinə çəkib. Əvvəlcə qarşılaşmanın 2-ci dəqiqəsində Musanın ötürməsindən sonra hesab açılıb. Fasiləyədək isə Qurbanlı dubl edib. O, 23-cü və 34-cü dəqiqələrdə top rəqib qapısından keçirib. Musa “het-trik” etmək üçün gözəl fürsət qazanıb. Hücumçu penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, Qurbanlı iki gün əvvəl kubok matçında “Yurqorden”in heyətində ilk qolunu vurmuşdu.
- Finala yüksələnlər boksçular müəyyənləşdi - FOTOLENT
- Messi "Qalatasaray"la Bakıda danışıq aparıb - Adnan Əhmədzadə detalı
- Könülləri fəth etdi, qəribə qrafik cızdı, prezidentliyi bacarmadı - ULDUZLAR
- Millimiz Avropa çempionatında növbəti matçını keçirəcək
- Azərbaycan kuboku: “Neftçi” və “Gəncə”dən qələbə